Sankt-Peterburqda “Pulkovo” hava limanında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Sankt-Peterburqun səmasında hava limanı ətrafında 200 km radiusda ərazinin yerli vaxtla 13.20-dək bağlandığı bildirilmişdi.
Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.
“Zirvə yolu” xəbər verir ki, məlumatı “İnsayder” yayıb.
Hadisə ilə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.
Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. “Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.
Yerli hakimiyyət Sankt-Peterburq hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyini təsdiqləyib.