Sosial

Bu qədər bahaçılığın qabağında da AZAL-a DOTASİYA AYRILIR… – ekspertdən REAKSİYA

“AZAL dövlət şirkətidir. Ordan gələn gəlir də dövlətin mənfəəti sayılır”.
Zirveyolu.info  “Kommersant.az”a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Akif Nəsirli dövlətin hava nəqliyyatına ayırdığı dotasiya haqqında danışarkən deyib. Ekspert bildirib ki, AZAL-ın gəlirləri kifayət qədərdir, amma mənimsənilir:

“AZAL-ın gəlirləri kifayət qədərdir. Lakin gəlirlər də korrupsiyaya məruz qalır. Bu, ölkənin yüksək səviyyəli məmurlarının qatıldığı korrupsiya əməliyyatlarıdır. Buna görə də həmin məmurlar AZAL-a təkrar dotasiyanın ayrılmasını təmin edirlər. Bir qrup məmur tərəfindən gəlirlər mənimsənilir, əvəzində dövlətdən AZAL-a dotasiya ayrılması təmin olunur”.

Qeyd edək ki, yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 1 milyon 882,6 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir