Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Federasiyadan “Zirvə yolu”na verilən məlumata görə, IV dövrənin matçlarına martın 2-də və 3-də start veriləcək.
Martın 2-də qadınlar arasında Yüksək Liqada X tur baş tutacaq. Həmin gün ilk olaraq meydana “Azərreyl” – “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək.
Kişilərin mübarizəsində X tur martın 3-də gerçəkləşəcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK – “Xarı bülbül” dueli start götürəcək.