Cəmiyyət Xəbər

“Ay `Home Baku` MTK, yolumuzu NİYƏ BAĞLAYIRSAN?” – NARAZILIQ VAR!

“KSML” MMC və HOME (HOM) Baku MTK tikinti şirkəti arasında baş vermiş mübahisə çəkişmələri barədə dəfələrlə ictimaiyyətə məlumat vermişik. Amma, çox təəsüfflər olsun ki, bu məsələ hələ də öz həllini tapmır, əksinə qarşı tərəf demək olar “KSML” MMC-yə qarşı təziqləri daha da artırıb.

“KSML” MMC-nin hüquqi nümayəndəsi Mübariz Məsimoğlu bildirir ki, aidiyyəti qurumlar üzrə xeyli sayda muraciətlər etmələrinə bamayaraq hələ ki, heç bir muraciətə cavab ala bilməyiblər. Hələ üstəlik müdafiə etdiyim şirkətin yolunu bağlayaraq böyük bir müəssisəni iflic vəziyyətə salıblar. 2002 ci ildən özələşdirilən müəssisə işləyə bilmir. Başımıza min bir oyun açırlar.

Ona görə ölkə başçısından və digər aidiyyəti qurumlardan bir daha xahış edirik ki, bu məsələni nəzarətə götürsünlər. Burada millyonlarla korrupsiya maxinasiyyası halları baş verib. Türkiyədə zəlzələ baş verəndə məlum olundu ki, bu cür binaların istsmara qəbul edilməsi gələcəkdə burada yaşayan insanlar üçün açıq-aşkar təhlükədir.

2018-ci ildə prezdentin verdiyi sərəncama əsasən göstərilir ki, bu binalar bu cür yaxın-yaxın təhlükəli formada tikilməməlidir. Gələcəkdə bu binada yaşayan sakinlərin uşaqları harda oynayacaq? Sağ tərəf müəssisə, qabağ tərəf yox, arxa tərəf yox burada yaşayan insanların aqibəti nece olacaq? Biz hüquq-muhafizə orqanlarından xahiş edirik ki, bu binalar tikiləndə burada olan korrupsiya faktına və sənədlərin saxtalaşdırma hallarına cavab versinlər.

Video çıxışın sonunda “KSML” MMC-nin rəsmi nümayəndəsi Mübariz Məsimoglu qeyd edir ki, sona kimi hüquqi müstəvidə mübarizə aparacağıq. Biz Amerikaya getməli deyilik ki? Dövətimiz var dövlətin rəhbər şəxsləri var, biz onlara muraciətlərmizi etmişik edirik edəcəyikdə, dövlətin qanunlarına güvənirik bu məsələnidə qanunlarla həll etməyə çalışırıq. Cavab verənə kimi müraciətlərimizi edəcəyik, ömrümüzün sonuna kimi ölənə qədər mübarizə aparacağıq qoy bu binada gəlib yaşayan insanlarda təhlükədə qalmasın. Dövlətdən oğurladığı pulları, da gətirib dövlətə qaytarsınlar, bizim pozulan hüquqlarımızı da araşdırıb bərpa etsinlər.

Konstitusiya hüququmuz var… müraciət etmək hüququmuz var… Bundan da istfadə edirik… biz nə deyirik ki? Deyirik, ay HOME (HOM) Baku MTK tikinti şirkəti bizim əsas yolmuzu niyə bağlamısan? Bu müəssisəyə böyük maşınlar gələndə haradan giriş çıxış edəcək? Bundan sonra bu müəssisə necə işləyəcək? Bu qədər insanların işlədiyi müəssisəni niyə məhv edirlər” deyə sonda Mübariz Məsimoğlu bildirib

Daha geniş videoreportajı təqdim edirik:

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir