Argentinada 20 milyona yaxın insan və ya ölkə əhalisinin 40 %-i işıqsız qalıb.
“Zirvə yolu” “La Nacion” nəşrinə istinadən xəbər verir ki, hadisəyə səbəb yanğın və onun ölkənin şimalındakı “Atuça” AES-də yol açdığı nasazlıq olub.
Nasazlıq yüksək gərginlikli elektrik xəttində baş verən qəza nəticəsində baş verib. Qəzaya səbəb ətrafda baş verən yanğın olub.
Yanğın və onun ardınca yüksək gərginlikli elektrik xəttində baş vermiş qəza nəticəsində Atuça Atom Elektrik Stansiyasının birinci enerji blokunun işində nasazlıq yaranıb.
Nəşrin məlumatına görə, 6 milyondan çox binada elektrik enerjisi kəsilib.
Qəzetə mənbələrdən verilən məlumata görə, qəzalar ölkənin digər elektrik stansiyalarında da baş verib. Ölkənin Energetika Nazirliyi “enerji sistemində bir sıra nasazlıqların qeydə alındığını” təsdiqləyib. Qurumdan aydınlıq gətirilib ki, nasazlıqların səbəbləri araşdırılır və nasazlıqların aradan qaldırılması üzərində işləyirlər.
İstismarına cavabdeh olan “Nucleoeléctrica Argentina” şirkəti atom elektrik stansiyasının 48 saatdan gec olmayaraq fəaliyyətini bərpa edə biləcəyini açıqlayıb. Məlumata görə, ölkədə elektrik enerjisi istehsalı 10 min MVt azalıb.
Qəza və yanğın, qəzetin qeyd etdiyi kimi, anomal istilər fonunda baş verib. Həmin gün ölkənin bəzi yerlərində termometr 37 dərəcəyə qalxıb.
Qeyd edək ki, 2022-ci ilin statistikasına əsasən, Argentinanın əhalisi 46 milyon olub.