İqtisadiyyat

“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq

“Azərişıq” ASC-nin mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür.

Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir.

Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir