Manşet Qarabağ

Xocalıda keçirilən görüş nədən xəbər verir?…

44 günlük tarixi qələbəmizdən sonra ölkəmiz həm də siyasi arenada bir-birinin ardınca uğurlar qazanmağa başladı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müxtəlif vaxtlarda xarici ölkələrə səfəri və respublikamıza səfərə gələn dövlət nümayəndələrinin qəbulu zamanı artıq Azərbaycan dünyanın güclü ölkələri sırasında yer alması və həm siyasi həm də hərbi-siyasi gedişləri Azərbaycanımızın qüdrətli dövlətə çevrilməsi və dünya dövlətlərinin bizimlə razılaşmasının bariz nümunəsidir.

Son zamanlar Qarabağda cərəyan edən hadisələrin fonunda onu qeyd etmək olar ki, ekoloji fəlakətin dayanması və həmin ərazilərdə monitorinqin keçirilməsi üçün gənclərin keçirdiyi eko-aksiya artıq öz nəticəsini verməyə başlayıb. Belə ki, ilk öncə separatçı rejimə daşınan silah sursatın qarşısı alınıb ki, bu da erməni silahlı birləşmələrinin atəşkəs pozuntusunu azaldıb. Digər tərəfdən həmin ərazilərdə fəaliyyət göstərən üçüncü və dördüncü ölkələrin Azərbaycana məxsus ərazilərdə təbiətin talanmasının qarşısı alındı və həmin ərazilərdə fəaliyyət göstərən şirkətlərin müəssisələri öz fəaliyyətini saxlamalı oldu. Daha sonra isə yaxın günlərdə Xocalıda keçirilən görüş baş tutdu ki, bu da birmənalı olaraq Azərbaycan lideri cənab İlham Əliyevin siyasi uğuru və gənclərin, ümumilikdə xalqın onun ətrafında birləşməsi dinc yolla məsələlərin həll olunmasına gətirib çıxarır.

Əlbəttə ki, Ali Baş Komandanın yeni yaradılan Birlik və Birləşmələrin o cümlədən Komando hərbi hisələrinin açılışı zamanı qeyd etdiyi kimi biz yalnız sülh istəyirik. Ermənistanla münasibətlərimizin düzəlməsi onlar üçün böyük şansdır ki, ölkənin inkişafına səbəb olur. Yox əgər Ermənistan siyasi hakimiyyəti və ya separatçı rejim bir daha çaşarsa əlbəttə ki, dəmir yumruq öz cavabını verəcək.

Ümumilikdə Qarabağda yaşanan siyasi gedişləri müzakirə etsək qeyd etmək olar ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi və martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşməsi həm də həmin ərazilərdə yaşayan Erməni vətəndaşlarına bir mesaj kimi də qiymətləndirmək olar.

Biz bu görüşdə onlara bir daha göstərdik ki, regionun ən güclüsü olan Azərbaycan ermənilərə bir yaşama hüququ verir ki, bu da onların gələcəkdə ağ günə çıxmasının təminatıdır.

Erməni əhali ilə yeni formatda ilk dəfə belə görüş keçirilib. Bu, ondan xəbər verir ki, erməni əhalinin Azərbaycana inteqrasiya olunması yolunda qeyd etdiyim kimi irəliləyiş var. Etnik ermənilərlə danışıqların aparılması separatçı rejimin sonunun çatdığından xəbər verir. Gələcəkdə Rusiya sülhməramlıları olmadan Gəncə, Ağdam və Bərdədə bu görüşlərin keçirilməsi mümkündür. Təbii ki, bu məsələ ermənilərin iradəsindən aslıdır. Dövlət tərəfindən hər zaman bəyan edilib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Onlar ölkəmizin pasportunu əldə edərək rahat şəkildə digər rayonlarda da yaşaya bilərlər. Onlar həmin əraziyə gəldikdə buradakı quruculuq işləri ilə tanış olacaqlar və öz yaşayışları ilə müqayisə edəcəklər. Bir sözlə, aradakı fərqi görəcəklər. Təbii ki, normal olaraq yaxşı həyat yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Azərbaycan bütün millətlərin firavan yaşaya biləcəyi ölkədir. Ermənistan bütün dünyaya göstərmək istəyir ki, guya azərbaycanlılarla etnik ermənilər birlikdə yaşaya bilməz. Ancaq bu danışıqlardan sonra müsbət irəliləyiş əldə olunarsa, Ermənistan tərəfinin söylədiklərinin yalan olduğunu hər kəs görəcək. Bu, həm də gələcəkdə indiki Ermənistan torpaqlarında yaşayan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması üçün önəmlidir. Biz hər zaman bəyan etmişik ki, ermənilərlə problemimiz yoxdur.

Azərbaycan nümayəndələrinin birbaşa olaraq erməni sakinlərlə danışıqlar aparması Paşinyan və Arayik Harutyunyanın onlara təsir etməyinin qarşısını alacaq. Ona görə də bu cür danışıqlar gələcək üçün müsbət hadisələrin xəbərçisidir demək olar. Ölkəmiz bununla bir daha göstərir ki, Azərbaycanda hər bir xalq rahat şəkildə yaşaya bilər. Danışıqlar bölgədə separatizmin və münaqişələrin sonlanmasına öz töhfəsini verəcək.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir