Manşet Siyasət

Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçlə görüşüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.

Görüş zamanı həmçinin, Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir