Manşet Təhsil

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda struktur dəyişikliyi olub

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda struktur dəyişikliyi olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə institutdan məlumat verilib.

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran ilk məsələ institutun sturuktur və ştat çədvəlində ediləcək dəyişiklər barədə olub.

İnstitutun baş direktoru Abbas Seyidov bu barədə bildirib ki, “Tarixi etnoqrafiya”, ”Müasir dövr etnoqrafiyası” və “Türk xalqlarının etnoqrafiyası” şöbələri struktur və tədqiqat baxımından AMEA-nın Folklorşünaslıq İnstitutuna daha uyğun olduğuna görə, həmin İnstituta köçürülməsi elmimizin inkişafına daha böyük töhfə verər.

“Türk xalqlarının etnoqrafiyasi” şöbəsinin müdiri Güllü Yoloğlu bu qərarın doğruluğunu dəstəkləyib.

Həmçinin, “Atropatena dövrü arxeologiyası” şöbəsinin yaradılması və şöbənin adının dəqiqləşdirilməsi barədə müzakirələr olub. Müzakirədə pofessorlar Hidayət Cəfərov, Əsədulla Cəfərov və Qafar Cəbiyev cıxış edərək bildirdilər ki, bu çox həlli vacib məsələdir və tezliklə öz həllini tapmalıdır.

Digər məsələ – Antropologiya Mərkəzinin tərkibində yeni “Tarixi Antropologiya” sektorunun yaradılması müzakirə edilib və qəbul olunub.

Sonda dosent Vəfa Mahmudovanın müəllifi olduğu “Azərbaycanın arxeoloq qadınları” adlı monoqrafiyanın çapa verilməsi yekdilliklə qəbul edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir