Ukrayna ordusu ötən gecə 2 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın işğal altındakı Krımdakı hərbi hissəyə zərbə endirib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Hərbi hissə Krımın Saki rayonunda yerləşir.
PUA-lardan birinin vurulduğu, partlayış nəticəsində itkilərin olmadığı bildirilib.
Qeyd edək ki, Rusiya Müdafi Nazirliyi martın 1-də Ukraynanın 10 PUA ilə Krıma hücum etdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski söyləmişdi ki, müharibə yalnız Krım azad olunandan sonra başa çata bilər.