İqtisadiyyat

Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natia Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilib, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunub.

N. Turnava SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinin operatoru kimi uğurlu fəaliyyətindən ətraflı söz açıb, əməkdaşlığın perspektivlərindən danışıb. Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması, qoyulan sərmayələrin dəyərinin Azərbaycana qayıtması şərti ilə qarşılıqlı faydalı, optimal və effektli tərəfdaşlıq düsturu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, SOCAR Gürcüstan bazarında 2006-cı ildən birbaşa fəaliyyət göstərir. Həmin il neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə alınmış Kulevi Neft Terminalı və limanı əməliyyat fəaliyyətinə 2008-ci ildə başlayıb. İndiyədək terminaldan 23 mln. tondan artıq neft və neft məhsulu ötürülmüşdür. Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 113 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1 500 işçi çalışır. “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir