BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi tviterdəki hesabında Qoşulmama Hərəkatının Bakıda keçirilən COVID-19-dan sonrakı bərpaya həsr olunan zirvə toplantısındakı görüşləri ilə bağlı paylaşım edib.
“Zirvə yolu” xəbər verir ki, BMT rəsmisi Hərəkatın pandemiyadan sonra dünyaya baxışının vacib olduğunu qeyd edib.
“Qoşulmama Hərəkatının dünyaya pandemiyadan sonrakı baxışları olduqca vacibdir, çünki davamlı inkişaf və COVID-19-dan sonrakı bərpa eyni medalın iki üzüdür.