Cəmiyyət Manşet

Daha 10 ailə Bakıdan Zəngilanın Ağalı kəndinə yola salınıb – YENİLƏNİB

Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılıb.

“Zirvə yolu” xəbər verir ki, 44 nəfərlik 10 ailə isə bu gün doğma yurduna köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, köçün məqsədi şəhidlərin qanı ilə suvarılmış torpaqlarıa yeni nəfəs, yeni həyat gətirməkdir: “Bir neçə gün öncə Ağalıda ilk körpə dünyaya gəlib, bunun çox böyük rəmzi mənası var. Bütün Qarabağa, Şərqi Zəngəzura həyat, körpə səsi qayıdır. Azərbaycan bir daha sülh, quruculuq tərafdarı olduğunu nümayiş etdirir. Keçmiş məcburi köçkünlərə doğma Qarabağda, Şərqi Zəngəzurda firəvan həyat arzulayıram”.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi uğurla həyata keçirilir.

Daha əvvəl 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Prosesin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.

07:36

Zəngilanın Ağalı kəndinə 44 nəfərdən ibarət daha 10 ailənin köçürülməsinə başlanılır.

“Zirvə yolu” xəbər verir ki, 44 nəfərlik 10 ailə isə bu gün doğma yurduna köçürüləcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın növbəti mərhələsi uğurla həyata keçirilir.

Daha əvvəl 50 nəfərlik 10 ailə fevralın 28-də Ağalıya köçürülüb.

“Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur.

Prosesin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir