İdman

Azərbaycanın futzal millisi bu gün Yunanıstanı qəbul edəcək

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirəcək.

“Zirvə yolu”nun məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Yunanıstan yığmasını qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Eduardu Koelyunun başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi 6-cı qrupda 6 xalla liderdir. Bir oyun çox keçirən Polşa kollektivinin də eyni xalı var. Komanda qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir