Kəlbəcər və Laçında müxtəlif təyinatlı yollar fasiləsiz rejimdə qardan təmizlənir
Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir.
“Zirvə yolu” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.





