Manşet Siyasət

AQEM-in Baş Katibi: “Azərbaycanın Qoşulmama Hərəkatında təşəbbüsləri məni heyrətləndirib”

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində maraqlı təşəbbüsləri məni heyrətləndirib”.

“Zirvə yolu” xəbər verir ki, bunu “Report”a açıqlamasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Qoşulmama Hərəkatı ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Ötən gün Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Kairat Sarıbay Prezident İlham Əliyevin bu tədbirdəki nitqindən və Azərbaycanın qonaqpərvərliyindən heyran qaldığını bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir