İdman

İlin ilk iki ayında bütün turnirlərdə ən çox qol vuran futbolçular – SİYAHI

2023-cü ildə bütün turnirlərdə ən çox qol vuran futbolçuların adları açıqlanıb.

“Zirvə yolu”nun məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıya İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford başçılıq edir.

25 yaşlı forvard ilin ilk iki ayında 16 oyunda 14 dəfə fərqlənib. Onu 11 topla İtaliya “Napoli”sinin üzvü Viktor Osimxen izləyir.

Siyahıya ümumilikdə 7 və daha çox qol vuran 71 futbolçu salınıb. Azərbaycanda 2023-cü ildə ən çox qol vuran oyunçu “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır. Gənc futbolçu Premyer Liqada aktivinə 4 top yazdırıb.

9 və daha çox qol vuranlar:

Futbolçu Ölkəsi Klubu Qol
1 Markus Reşford İngiltərə “Mançester Yunayted” 14
2 Viktor Osimxen Nigeriya “Napoli” (İtaliya) 11
3 Pedro Braziliya “Flamenqo” 10
4 Karim Benzema Fransa “Real Madrid” (İspaniya) 10
5 Henri Martin Meksika “Amerika” 10
6 Deyan Damyanoviç Monteneqro “Kitçi” (Honkonq) 10
7 Enner Valensiya Ekvador “Fənərbağça” (Türkiyə) 10
8 Lele Braziliya “Volta Redonda” 10
9 Qabriel Barbosa Braziliya “Flamenqo” 9
10 Joao Mario Portuqaliya “Benfika” 9
11 Vissam Ben Yedder Fransa “Monako” 9
12 Yussef En-Nesiri Mərakeş “Sevilya” (İspaniya) 9
13 Yohan Veneqas Kosta-Rika “Alaxuelense” 9
14 Eetu Vertaynen Finlandiya “Linfild” (Şimali İrlandiya) 9
15 Dieqo Mauritsio Braziliya “Odişa” (Hindistan) 9
16 Vangelis Pavlidis Yunanıstan AZ (Niderland) 9
17 Ussema Buqerra Tunis “Olimpik Beja” 9
18 Mettyu Şevlin Şim. İrlandiya “Kolerayn” 9
19 Eran Zahavi İsrail “Makkabi” Təl-Əviv 9
20 Ronan Hale İrlandiya “Kliftonvill” (Şimali İrlandiya) 9
21 Kyoqo Furuhaşi Yaponiya “Seltik” (Şotlandiya) 9
22 Kilian Mbappe Fransa PSJ 9
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir