“Liverpul” futbolçusu Sadio Maneyə yeni müqavilə təklif edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Premyer Liqa təmsilçisi 27 yaşlı hücumçu ilə müqavilənin müddətini 2025-ci ilin iyununa kimi uzatmaq istəyir. Seneqallı oyunçu bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 13 milyon avro olacaq.
Qeyd edək ki, Mane bu mövsüm 7 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib