İqtisadiyyat Manşet

Bakıda “İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” konfransı keçirilir

Bu gün Bakıda Böyük Britaniya və İsveçin Azərbaycandakı səfirliklərinin dəstəyi, “Gender Hub” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə “DigitALL: İnnovasiya və rəqəmsallaşmada gender bərabərliyi” mövzusunda konfrans keçirilir.

“Zirvə yolu” xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreyeva, İsrail səfiri Corc Dik, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva iştirak edirlər.

V.Andreyevanın sözlərinə görə, gender bərabərliyi və kibertəhlükəsizlik çox vacib mövzulardır: “İnternetə çıxış çox vacibdir, çünki o, hər birimiz üçün təlim və karyera üçün yeni imkanlar açır. Buna görə də kiberməkanda özünüzü necə qoruyacağınızı bilməlisiniz”.

İ.Vəliyeva isə yeni yaradılan bu strukturun fəaliyyətindən danışıb: “Agentliyimiz bu yaxınlarda yaradılıb, lakin fəaliyyət göstərdiyimiz əsas istiqamət 1-17 arası yaş qrupları üçün pulsuz onlayn kursların təmin edilməsini hədəfləyən “Technest” təqaüd proqramı olub”.

Konfrans çərçivəsində Böyük Britaniya, İsveç və Fransanın Azərbaycandakı səfirlərinin də çıxışı gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir