Cəmiyyət

Qusarda 32 yaşlı qadın intihar edib

Qusar rayonunda intihar hadisəsi baş verib.

“Zirvə yolu”nun məlumatına görə, hadisə şəhərin Tofik İsmayılov küçəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Ağamədova Şəhla Vadim qızı kirayədə yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir