İqtisadiyyat Manşet

“Qaradağ Şüşə Zavodu”nun səhmləri investisiya müsabiqəsinə çıxarılacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85 %-i investisiya müsabiqəsinə çıxarılacaq.

“Zirvə yolu” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Özəlləşdirmə şöbəsinin müdiri Əziz Mirzəyev bildirib.

“Müsabiqə bu il oktyabrın 10-da elan ediləcək. Artıq özəlləşdirmə komissiyası yaradılıb, investisiya müsabiqəsinin layihəsini hazırlayır, onun məbləğini və şərtlərini müəyyən edir”, – deyə o qeyd edib.

ƏMDX-nin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov isə bildirib ki, “Qaradağ Şüşə zavodu”nun nizamnamə kapitalı 35 milyon 950 min 630 manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 17 milyon 975 min 315 səhm əsasında formalaşıb.

“Əsasən qida sektoru üçün şüşə qab istehsal edən zavodun 209 nəfər işçisi, 14 556 kvadrat metr ərazisi var”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir