Cəmiyyət

Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq – Polşada

Polşa seymi superrmarketlərin üzərinə satılmayan  mallarını sosial ehtiyacı olanlara pulsuz vermək öhdəliyi qoyub, – bu barədə Rzeczpospolita məlumat verir.

Ticarət şəbəkələri bu qanuna riayət etməsəlr  hər küçəyə atılan malın bir kiloqramı üçün cərimə ödəməli olacaqlar.
İlk iki ildə qəbul edilən qanun ancaq iri ticarət şəbəkələri və ərazisi 400 kvadrat metrdən çox olan mağazalara tətbiq olunacaq. Daha sonra normativ akt  xirda ticarət  məntəqələrinə də şamil ediləcək.
Hakimiyyət mağazalara mallarını təhvil vermək üçün onlara lazım olan xeyriyyəcilik təşkilatlarını könüllü müəyyənləşdirmək imkanı verib.
Polşada hər il 9  tonn ərzaq məhsulları küçəyə atılır. Bununla yanaşı 2 milyonadək adam yoxsulluqdan əziyyət çəkir.
Bəs görəsən Azərbaycanda bu üsuldan istifadə etmək olmazmı?
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir