Dünya Manşet

KİV: “ABŞ NATO-nun Baş katibi vəzifəsinə Avrokomissiya sədrinin namizədliyini nəzərdən keçirir”

ABŞ Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayeni NATO-nun Baş katibi vəzifəsinə namizədliyini nəzərdən keçirir.

“Zirvə yolu” xəbər verir ki, bu barədə İtaliyada çıxan “La Repubblica” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına əsasən, o, Avropa Komissiyasına yenidən seçilməsinə qarşı deyil: “Ancaq Şimali Atlantika Alyansına başçılıq etmək imkanını ehtiyat variant kimi nəzərdən keçirir. ABŞ rəhbərliyinin mövqeyinə görə bu ehtimal getdikcə reallaşır”.

Nəşrin məlumatına görə, NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin Ukrayna münaqişəsi ilə bağlı mandatının bir il müddətinə uzadılması qərarı, mahiyyət etibarilə, alyansın gələcək rəhbərinin namizədliyi ilə bağlı razılığın olmaması ilə əlaqələndirilir: “ABŞ Prezidenti Cozef Bayden isə bir müddət əvvəl bildirib ki, NATO-ya ilk qadın Baş katibin rəhbərlik etməsinin vaxtı çatıb. Onun fikrincə, Ursula fon der Lyayenin bu vəzifə üçün bioqrafiyası və xüsusiyyətləri var”.

Bildirilib ki, Ursula fon der Lyayenin Avropa Komissiyasında səlahiyyətləri 2024-cü ilin yayında bitir. Bu ilin sentyabrında isə Yens Stoltenberqin səlahiyyət müddəti başa çatır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir