İdman

Azərbaycan millisinin üzvü “Sportinq”ə keçəcək

Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Portuqaliyada davam etdirəcək.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Hazırda Rusiyanın “Tümen” komandasında çıxış edən 30 yaşlı hücumçu “Sportinq”lə anlaşıb. Vilela növbəti mövsümdən Lissabon təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rafael Vilela mövsümün əvvəlində Qazaxıstanın “Kayrat” klubuna icarəyə verilsə də, 2022-ci ilin dekabrında müqavilə ilə məxsus olduğu “Tümen”ə qayıdıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir