BMT nümayəndəsi: “Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb”
Dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz səviyyədə icra olunmayıb.
“Zirvə yolu” xəbər verir ki, bunu BMT baş katibi yanında İİV-lə birgə mübarizə proqramının icraçı direktoru Vinni Byanima “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında deyib.
O bildirib ki, bu il martın 11-də ÜST-nin bütün dünyada COVID-19 pandemiyasının elan edilməsinin 3 ili tamam olacaq:
“Əslində bu müddət ərzində dayanıqlı inkişaf məqsədləri ilə bağlı qarşımıza qoyduğumuz vəzifə istədiyimiz qədər icra olunmamışdır. BMT-nin Baş katibi Antoniu Quterreş dayanıqlı inkişaf məqsədləri ilə bağlı təkanın yaradılmasının vacibliyini qeyd edib. Dünya ictimaiyyəti bir araya gəlməli, dayanıqlı inkişaf məqsədlərinə yatırımlar etməlidir. Bu işdə biz yeni beynəlxalq maliyyə sistemini qurmalıyıq. Belə olan halda maliyyə vəsaitləri avtomatik bərabər şəkildə bütün ölkələr üçün keçidin təmin edilməsinə yönəldilir. QİÇS-ə qarşı mürarizədə mənim ölkəmdə də nəticələr kifayət qədər geniş deyil. Bilirik ki, QİÇS-ə qarşı peyvənd yoxdur. Lakin bu gün dünyada xeyli insan həmin virusla yaşayır. Belə ki, il ərzində dünya səviyyəsində virusa yoluxanların sayı milyon yarıma çatır”.