İdman

Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub – YENİLƏNİB

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

“Zirvə yolu” xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşehir”i ilə bərabərliyə razılaşıb – 1:1.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa “Lex”i evdə İsveç “Yurqarden”i məğlub edib – 2:0.

İsveçrə “Bazel”i isə Slovakiya “Slovan”ı ilə bacarmayıb – 2:2.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart

00:00. “Gent” (Belçika) – “Başakşehir” (Türkiyə) – 1:1
Qollar:
 G.Orban, 35 – S.Okaka, 16

00:00. “Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə) – 1:0
Qol:
 A.Barak, 69

00:00. “Lex” (Polşa) – “Yurqorden” (İsveç) – 2:0
Qollar:
 A.Miliç, 39, F.Marçvinski, 82

00:00. “Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya) – 2:2
Qollar:
 Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 7

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmaar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

00:14

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları davam edir.

“Zirvə yolu”nun məlumatına görə, ikinci oyun günündə ilk olaraq daha 3 qarşılaşma baş tutub.

AEK (Larnaka, Kipr) evə İngiltərə “Vest Hem”inə uduzub – 0:2.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Şerif” Moldovada “Nitsa” (Fransa) ilə bacarmayıb – 0:1.

“Anderlext” isə Belçikada “Vilyarreal”ın müqavimətini qıra bilməyib – 1:1

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə) – 0:2
Qollar:
 M.Antonio, 36, 45+2

21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa) – 0:1
Qol:
 Ayub Amraui, 45+3

21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar:
 A.Dreyer, 57 – M.Triqeros, 2

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir