Cəmiyyət Manşet

Polis və Prokurorluq birgə məlumat yaydı: “Cinayət işi başlanıb…”

Gəncə şəhər Baş Polis İdarəsi və Gəncə şəhər Prokurorluğu baş vermiş ağır yol qəzası ilə bağlı birgə məlumat yayıb.

Anews.az-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 21-də, saat 19 radələrində Gəncə şəhəri, Nizami prospektində “Vaz 21074” markalı 99 NA 506 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən naməlum şəxs tərəfindən yolu keçmək istəyən piyada Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Süsən Hüseynovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Mədədov Namiq Ağasəf oğlu tərəfindən idarə edilərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

N.Mədədov sentyabrın 22-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir