Siyasət

Ekmeleddin İhsanoğlu: “Qayıdış prosesində hər kəs Azərbaycanın yanında olmalıdır”

“Bakı Qlobal Forumunun İslam dünyası üçün xüsusi yeri var. Burada önəmli insanlar bir sıra problemli məsələləri həll etmək üçün müzakirələr aparırlar”.

Bunu AZƏRTAC-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu deyib.

Türkiyənin Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim dəstəklədiyini vurğulayan sabiq baş katib qeyd edib:

“İnanırıq ki, yurd-yuvasından didərgin düşmüş insanlar tezlikdə öz evlərinə qayıdacaqlar. Fikrimcə, hər kəs bu məsələlərdə Azərbaycanın yanında olmalıdır, çünki gələcəkdə onlar Azərbaycanın köməyinə möhtac olacaqlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir