Dünya Manşet

ABŞ İnstitutu: “Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyə əmr edib”

“Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Vuhledarı ələ keçirməyə əmr edib”.

“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Vuhledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb:

“Şoyqunun verdiyi tapşırıqları yerinə yetirmək üçün Muradovun yeni şəxsi heyətə və texnikaya ehtiyacı var. Amma Şoyqunun Muradovu lazımi resurslarla təmin edib-etməyəcəyi hələ məlum deyil”.

Qərb analitiklərinin fikrincə, Rusiya qüvvələri Ukrayna ərazisində 2023-cü ilin ən böyük raket zərbəsini martın 9-da həyata keçirib:

“Hücum zamanı müxtəlif növ raketlərdən, o cümlədən hipersəs raketlərindən istifadə olunub. Rusiya qüvvələri, həmçinin İran istehsallı “Şahed” PUA-ları ilə Ukraynaya hücum edib. Məlumata görə, həmin “Şahed”lərdən 4-ü vurulub. Rusiya qüvvələrinin dünənki raket hücumunda əsas hədəfi Ukraynanın enerji obyektləri olub”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir