Dünya Manşet

Ukrayna MN Rusiyanın əsas strateji məqsədini açıqlayıb

“Rusiya Ukraynanın şərqini işğal edərək Ukraynanı bir dövlət kimi tamamilə məhv etmək istəyir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

O bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı strateji məqsədi dəyişməyib: “Düşmən hələ də bizi məhv etmək istəyir. Moskvanın əsas prioriteti Ukraynanın şərqinin, xüsusilə Donetsk və Luqansk vilayətlərinin tam işğalıdır. Ruslar bütün cəhdlərinə baxmayaraq, indiyə qədər planlarını həyata keçirə bilməyiblər”.

Malyarın sözlərinə görə, ruslar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq tapşırığını yerinə yetirməyə çalışırlar: “Lakin onlar buna nail ola bilmirlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir