Dünya Manşet

Avropadan ölkəsinə qayıdan ukraynalı qaçqınların sayı məlum olub

Ukrayna – Rusiya müharibəsi başlayandan ölkəsindən qaçaraq Avropa Birliyi (AB) ölkələrinə sığınan Ukraynadan olan qaçqınların 11 milyonu ölkəsinə geri qayıdıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, müharibə başlayandan indiyə kimi 16 milyon Ukrayna qaçqını AB ölkələrinə gəlib. AB ölkələri 4 milyondan çox ukraynalıya Cenevrə Konvensiyasına uyğun olaraq müvəqqəti qoruma statusu verib. Həmin şəxslər bu ölkələrin miqrasiya idarələrinə yazılı formada ərizə ilə müraciət edərək, sığınacaq tələb ediblər. Eyni zamanda Ukraynadakı uşaqların beşdə biri hazırda Avropa Birliyi ölkələrində yaşayır. Təkcə 2022-ci ilin sentyabr ayında yarım milyondan çox Ukrayna vətəndaşı olan uşaq AB ölkələrindəki məktəblərdə qeydiyyatdan keçiblər.

AB ölkələrində müalicə alan Ukrayna vətəndaşı olan xəstələrin sayı isə, iki mindən çoxdur.

Ukraynadan olan qaçqınlar məşğulluq proqramlarına da cəlb olunublar. Hazırda AB ölkələrində bir milyondan çox Ukrayna vətəndaşı işlə təmin olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir