Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə baş bankir “Twitter”də bildirib.
“Bu gün Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşdük. Görüşdə əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə etdik, Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq, qurumun növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.