Cəmiyyət

Sürücünün söydüyü yol polisindən AÇIQLAMA – “Mənə başqa vəzifə də təklif edildi

Bir neçə gün əvvəl Bakıda sürücü Fəxrəddin Nəsirov tərəfindən ağır küçə söyüşləri ilə təhqir olunan Nərimanov rayon Yol Polisi Şöbəsinin tağım komandiri Mehdi Səlimov tutduğu vəzifədən azad olunması barədə danışıb.

Anews.az xəbər verir ki, Mehdi Səlimov demokrat.az-a açıqlamasında hazırda iş başında olduğunu bildirib.

“Mən hələ işimin başındayam, çıxmamışam. Ancaq təqaüdə çıxmağım barədə raport yazmışam, yəqin ki, yaxın vaxtlarda pensiyaya göndəriləcəm”.

Mehdi Səlimov hələ iş qabiliyyətinin olduğunu da söyləyib:

“Hələ iş qabiliyyətimi itirməmişəm, yol polisində qalıb işləmək istərdim. Ancaq şərait elə gətirdi ki, artıq bu vəzifədən getməliyəm. Rəhbərlik belə qərar qəbul edib. Mənə polis sistemində başqa vəzifə də təklif edildi. Məni polis orqanından xaric etməyiblər. Ancaq mən özüm qərar verdim ki, pensiyaya gedim”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir