Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncamla əcnəbi vətəndaşın Rusiya vətəndaşı ilə evlənəcəyi təqdirdə, onun vətəndaşlıq alma hüququ 3 ildən 1 ilə endirilib.
“Ölkə.Az” xəbər verir ki, Rusiya vətəndaşı ilə evlənən əcnəbi şəxs vətəndaşlıq almaq istədiyi təqdirdə bir ildən sonra rəsmi müraciət etməklə bu hüququ əldə edəcək.
Bu qərar həm Rusiya vətəndaşları ilə evlənənlərinin hüquqlarını qorumaq, həm də ölkədə demoqrafik vəziyyəti tənzimləmək məqsədi daşıyır.