Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.
“Zirvə yolu”nun məlumatına görə, blokçunun çıxış etdiyi “Vaşaş” finalda “Bekeşçaba” ilə üz-üzə gəlib.
Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.
Qeyd edək ki, Ayşən Abduləzimova 3-cü dəfə Macarıstan Kubokunda qızıl medal əldə edib.