İdman

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlində 21 xal itirib.

“Zirvə yolu”nun məlumatına görə, Joze Alesio Da Silvanın kollektivinin xalı 1384-dən 1363-ə enib.

Bunda yığmanın dünya çempionatının əsas mərhələsində Polşaya (2:7) məğlubiyyəti əsas rol oynayıb. Komanda martın 3-də Bakıda Yunanıstana 5:2 hesabı ilə qalib gəlsə də, dörd gün sonra Polşa səfərində bu uğuru davam etdirə bilməyib.

Xal itkisinə baxmayaraq, milli reytinqdə 14-cü pillədəki mövqeyini qoruyub.

Siyahıya ötən reytinqdə olduğu kimi, Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1796 xala malikdir. İspaniya (1772) ikinci, Portuqaliya (1753) isə üçüncü sıradakı yerini qoruyub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir