“Real”ın futbolçusu Ferlan Mendi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 24 yaşlı müdafiəçinin sol ayaq əzələsində zədə aşkarlanmasıdır. Beləliklə, fransalı futbolçu La Liqanın 6-cı turunda “Atletiko” ilə oyunu buraxacaq.
Qeyd edək ki, Madrid derbisi sentyabrın 28-i keçiriləcək.
Xatırladaq ki, Mendi bu yay “Lion”dan “Real”a transfer olunub.