Dünya

Honkonq qarışdı: etirazçılarla hökumət tərəfdarları arasında toqquşmalar

Honkonq rəhbərliyinin cinayətkarların Çinə deportasiyası ilə hazırladığı qanun layihəsi vətəndaşların etirazına səbəb olub.

Minlərlə insan küçəyə çıxaraq, qanun layihəsinə qarşı aksiya keçiriblər. Bu zaman hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar baş verib.

Toqquşmaları yatırmaq üçün çox sayda polis cəlb edilib.

Nümayişçilər Honkonqda metro, avtobus dayanacaqları, keçidlərə, divarlara hökumət əleyhinə şüarlar yapışdırıblar.

Hökumət tərəfdarı olanlar isə Çin bayrağı ilə milli himni oxuyaraq küçələri gəzib.

Qeyd edək ki, iyundan başlayan və son həftələr intensivləşən etirazlarda 1300-dən çox insan saxlanılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir