Kriminal

Astarada keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Astarada qətl törətməkdə şübhəli bilinən şəxs Gəncədə saxlanılıb.

“Zirvə yolu”nun məlumatına görə, o, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Belə ki, mart ayının 13-də Astara rayon Maxşan kənd sakini, 1993-cü il təvəllüdlü G.Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir