İqtisadiyyat Manşet

EBRD-nin Azərbaycanın kapital bazarında aktiv iştirakı müzakirə olunub

“Bakı Fond Birjası” QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“Zirvə yolu” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Bankın Azərbaycan üzrə ölkə strategiyası və ölkədəki iqtisadi vəziyyətlə bağlı yenilənmiş məlumatların əldə edilməsi, mütəşəkkil kapital bazarında aktiv iştirakı, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir