Manşet Siyasət

Britaniya səfiri ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi – ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Zirvə yolu” xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.

Səfir, həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:

“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkənləndirir”.

Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:

“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir