Cəmiyyət

Naxçıvanda qayğıya ehtiyacı olan 1250 ailəyə bayram sovqatları verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Novruz bayramı ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda da yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.

“Zirvə yolu” xəbər verir ki, sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

Aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün nəzərdə tutulan bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkədə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar təqdim olunur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir