Dünya

Güclü zəlzələ nəticə 22 nəfər öldü – 200 adam yaralandı

Pakistanda güclü zəlzələ baş verib.
Anews.az saytı xarici mediyaya istinadən xəbər verir ki,  hadisə dünən Pakistanın Kəşmir bölgəsində olub.
Zəlzələ nəticəsində 22 adam həyatını itirib, 200 yaxın insan yaralanıb.
5.8 bal gücündə olan zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.
Zəlzələ çoxlu dağıntılara səbəb olub.
Pakistan höküməti Tvitter hesabında bildirib ki, zəlzələnin nəticələrinin aradan qalddırılması istiqamətində tədbir görür.
Qeyd edək ki, Kəşmirdə sonuncu güclü zəlzələ 2005-ci ildə baş verib və 80 min insanın ölümü ilə nəticələnib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir