Göyçayda dəm qazından zəhərlənən 14 yaşlı qız 9 gün sonra xəstəxanada ölüb.
“Zirvə yolu”nun məlumatına görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Məmmədzadə Zahidə Samir qızı martın 5-də yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib və Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. O, martın 14-ü xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.





