Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus “Dost İş Mərkəzi” MMC-nin direktoru dəyişib.
İndiyə qədər şirkətə rəhbərlik edən Niyazi Rəhimovu onun müavini Firudin Cəbrayılov əvəz edib.
Xatırladaq ki, “Dost İş Mərkəzi” ötən il dekabrın 26-da yaradılıb. Şirkət adı çəkilən nazirliklə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. (report)