İqtisadiyyat Manşet

Azərbaycanda fərdi qazlaşmada təbii inhisarçılığın aradan qaldırılmasının nəticələri açıqlanıb

Azərbaycanda fərdi qazlaşmada təbii inhisarçılığın tam aradan qaldırılması və 2022-ci ildən etibarən sərbəst formada bütün podratçılar və sahibkarlar tərəfindən həyata keçirilməsi 30 minə yaxın vətəndaşın öz vəsaitlərinə qənaət etməsinə səbəb olub.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bu gün “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda keçirilən konfransda deyib.

R.Əliyev qeyd edib ki, bu qənaət nəticəsində vətəndaş həm təbii qazla təmin olundu və həmin vəsaitlə özünün digər işlərini də həyata keçirə bildi.

“Azəriqaz” ümumilikdə 2 milyon 500 min abonentə xidmət göstərir. Bu abonentlərin 100 minə yaxını qeyri-əhali, 2 milyon 400 mini isə əhali qrupuna aiddir”, – deyə İB-nin baş direktoru əlavə edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir