Cəmiyyət

Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir”

“Bəzi siyasətçilərin müsəlman ölkələri ilə əməkdaşlıq pərdəsi altında islamofobiya gizlənə bilər”.

“Zirvə yolu” xəbər verir ki, bunu ABŞ-ın Ueyn Universitetinin Yaxın Şərq və Qlobal Araşdırmalar kafedrasının dosenti Səid Əhməd Xan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, məişət və siyasi səviyyədə olmaqla islamofobiyanın müxtəlif növləri var.

“Bəzən insanlar müsəlman ölkələri ilə əməkdaşlığı islamofobiyanın olmamasının əlaməti kimi əsaslandıra bilərlər”, – Səid Əhməd Xan deyib. Onun sözlərinə görə, islamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir.

Ueyn Universitetinin dosenti həmçinin Kanadanın Kvebek əyalətində və Yeni Zelandiyada məscidlərə edilən hücumları xatırladıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir