Manşet Siyasət

“Ermənistan gərginlik yaratmaq istəyir: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa…” – SENSASİON AÇIQLAMA

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Sonxeber.az-a Müdafiə nazirinin müavini və rəhbərlik etdiyi nümayəndə heyətinin Moskavada keçiriləcək konfransda iştirakı ilə bağlı sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov açıqlamasında separatçı rejimin tez-tez təxribatlar törətməyə çalışdığını deyib.

Yaşar Aydəmirovun sözlərinə görə, Rusiya-Azərbaycan arasında hərbi əməkdaşlıq, strateji tərəfdaşlıq var:

“Region olaraq Rusiya möhkəm regiondur. Aprelin 23-dən 25-dək VIII Beynəlxalq Təhlükəsizlik Konfransın Moskvada keçirilməsi çox ciddi təşəbbüsdür. Çünki Ermənistan hər zaman olduğu kimi, yenə də gərginlik yaratmaq istəyir. Plenar iclaslarda müəyyən mövzular və müzakirələr olunacaq, nəticə etibarı ilə qərar veriləcək. Eyni zamanda Azərbaycanın, Ali Baş Komandanın, Müdafiə nazirinin mövqeyi səsləndiriləcək”.

Y.Aydəmirov qeyd edib ki, Ermənilərin arxasında müəyyən qüvvələr durur:

“Çox güman bu məslələr də müzakirə olunacaq. Ancaq Ermənistana tam təsiri olmasa da, müəyyən təsiri olacaq. Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Hər an Ali Baş Komandanın əmrini gözləyirik və buna da hazırıq. Mən bir hərbçi kimi Dağlıq Qarabağ münaqişəsinin həllini hərb yolunda görürəm. Çünki Ali Baş Komandan bir neçə çıxışında söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, torpaqların işğaldan azad olunmasına hərb yolu ilə əmr veriləcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir