Portuqaliyalı hücumçu Kriştianu Ronaldo milli komandaların heyətində ən çox oyun keçirmək üzrə rekorda imza atıb.
“Zirvə yolu” “Squawka”ya istinadən xəbər verir ki, Almaniyada keçiriləcək AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya və Lixtenşteyn yığmaları arasında keçirilən görüş hücumçu üçün beynəlxalq səviyyədə karyerasında 197-ci olub.
Bu göstəriciyə görə o, dünya rekordçusu olub.
Ronaldo millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub. Milli komanda üçün oyunların sayında ilk üç rekordçu 195 görüş keçirən malayziyalı So Çin Enn ilə bağlıdır.