Dünya

Rusiyada eyvanda siqaret çəkilməsinə qadağa qoyuldu

Fövqəladə Hallar Nazirliyi Rusiyada oktyabrın 1-də hökumətin eyvanlarda siqaret çəkməyə qadağa tətbiq etdiyini bildirib.

Qaydanın pozulmasına görə beş min rubla (130 manat) qədər cərimə tətbiq oluna bilər.

Dövlət Dumasının Mənzil Siyasəti və Mənzil Kommunal Xidmətlər Komitəsi bu normanı təkmilləşdirməyə çağırıb. Mütəxəssislər yeni qaydaların ilk növbədə “kabab bişirən alkoqol alüdəçilərinə” qarşı yönəldildiyini vurğulayıb.

İndi rusların açıq alovdan (o cümlədən, siqaretdən) siqaret çəkmək üçün nəzərdə tutulmayan yerlərdə, eyni zamanda mənzillərin, yataqxanaların və hotellərin eyvanlarında istifadə etməsi qadağandır.

Qeyd edək ki, Baş nazir Dmitri Medvedyev hökumətin qərarı ilə “Yanğın rejimi haqqında” qanuna edilən qayda dəyişikliklərini təsdiqləyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir